Tarix: 03.07.2024 / 15:15
Rus qızlarını “çay içəcəyik” dəvəti ilə aldadan   azərbaycanlı saxlanıldı

Rus qızlarını “çay içəcəyik” dəvəti ilə aldadan azərbaycanlı saxlanıldı

Sankt-Peterburqda yaşayan 62 yaşlı azərbaycanlı miqrant evinə dəvət etdiyi rus qızlarına qarşı silsilə zorlamalarda şübhəli bilinir.

Diaspora.TV xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata görə, “Pionerskaya” metrostansiyası yaxınlığındakı avtobus dayanacağında yaşlı bir kişi rus qadınına yaxınlaşaraq ad günü olduğunu bildirib və doğum gününü birgə qeyd etmək üçün onu evinə dəvət edib.

Rus qadını bildirib ki, miqrant mehriban idi, çox gülümsəyirdi və onu guya çay içməyə dəvət edib. Qadının ifadəsinə görə, yaşlı azərbaycanlı qadını gəlməyə inandıra bilib, amma artıq evdə ona spirtli içki süzməyə və yaxınlıq etməyə başlayıb. Qadının sözlərinə görə, o, bir neçə dəfə çıxıb getmək istəsə də, kişi, onu konyak içməyə məcbur edib, sonra isə soyunaraq zorlayıb. Sonra "gülümsəyən doğum günü oğlanı" onu taksi ilə evə göndərib.



Hadisədən sonra rusiyalı qadın polisə şikayət edib.

Oxşar hadisə barədə başqa bir qız da danışıb. “Pionerskaya” metrostansiyasının yaxınlığındakı "ad günü oğlanı" ona da yaxınlaşıb, evə mürəbbə ilə çaya dəvət edib. Amma bu dəfə planı baş tutmayıb.

Polis serial təcavüzü törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Onun əvvəllər də qızlara qarşı seksual xarakterli hücumlara görə məhkum olunmuş azərbaycanlı olduğu üzə çıxıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənləri araşdırır və digər epizodlar barədə məlumat toplayırlar.

V.Əli
Diaspora.TV

Şərhlər

Yaz...