Tarix: 01.08.2024 / 10:38
Rus qadını təhqir edən azərbaycanlıya qarşı zorlama ittihamı   - VİDEO

Rus qadını təhqir edən azərbaycanlıya qarşı zorlama ittihamı - VİDEO

Rusiya İstintaq Komitəsi azərbaycanlya qarşı daha bir təəccüblü qərar qəbul edib. Belə ki, Sankt-Peterburqun Nevski rayonunda Azərbaycan vətəndaşı saxlanılıb. O, 52 yaşlı qadını zorlamaqda şübhəli bilinir.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, hadisə iyulun 24-nə keçən gecə Oktyabrskaya sahilindəki hündürmərtəbəli binada baş verib.

Belə ki, 46 yaşlı əcnəbi birinci mərtəbədəki mənzillərdən birində pəncərənin açıq olduğunu görüb. Otağa girən kişi 52 yaşlı ev sahibinə hücum edib və onu təhqir etdiyi bildirilir.

Şübhəli şəxs saxlanılıb, onun Azərbaycan vətəndaşı olduğu məlum olub.

Faktla bağlı cinayət işi açılıb, şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

Təəccüblüdür ki, qadın təhqir olunduğu barədə şikayət versə də, kişiyə qarşı zorlama maddəsi ilə cinayət işi açılıb.


Şərhlər

Yaz...