Tarix: 08.10.2024 / 17:00
Ermənilər gürcü hökuməti tərəfindən  təqiblərə məruz qalır?

Ermənilər gürcü hökuməti tərəfindən təqiblərə məruz qalır?

Gürcüstanın paytaxtı Tiflis şəhərində Avlabari rayonunda Niko Lomuri küçəsində yerləşən ev uçub. Ev qəzalı vəziyyətdə olsa da evin yerləşdiyi məhəllənin sakinləri olan ermənilər hadisənin guya şəhərdə gürcülərin təşkil etdiyi atəşfəşanlıq nəticəsində baş verdiyini iddia ediblər.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, ev sakini Vika Qasparova da etiraf edir ki, bina yararsız vəziyyətdə olub və atəşfəşanlıq sadəcə, dağılma prosesini sürətləndirib:

“Səhər saat 04:00 radələrində qorxunc bir səslə oyandıq. Artıq dağılan və çətinliklə ayaqda duran köhnə ev elə uçub ki, üçüncü mərtəbə tamamilə dağılıb. Biz artıq bu evdə yaşamırıq, amma əşyalarımız oradadır. Aşağıda həyətdə kiçik bir ev tikmişik. Bu evin üzərinə də dağıntılar düşüb. Dağıntılar altında qaz borusu da olub, onun partlayacağından qorxuruq”.

Erməni mediası qadının adından iddia edir ki, binanın çöküşü “Fəxri Tbilisili” adına layiq görülmə mərasimi çərçivəsində baş tutan tədbir zamanı atılan atəşfəşanlıqla əlaqədardır.

Onun sözlərinə görə, tədbirin keçirildiyi keçmiş Prezident Sarayı onların evindən bir qədər aralıda yerləşir.

Qadın deyir ki, dağıntıdan bir neçə dəqiqə sonra 112-yə zəng vurub, həmçinin Tiflis meriyasının nümayəndəsi ilə görüşüb və ailəni otelə aparmağı təklif ediblər. Ailə isə evdən çıxmaq istəmir.

“Biz qeyri-müəyyən müddətə otelə köçə bilmərik. Onlar bizə oteldə nə qədər yaşayacağımızı deyə bilməzlər, ona görə də biz başqa qərar gözləyirik”, - deyə Vika bildirib.

Tiflis meriyasından isə bildirilib ki, onların nümayəndələri artıq həyətin sakinləri ilə görüşüb və onlara kirayə ev təklif ediblər. Meriyadan verilən məlumata görə, məhəllədə bir çox qəzalı, istismar müddətini çoxdan başa vurmuş, fiziki köhnəlmə nəticəsində dağılmış evlər var və artıq bir neçə ailə sözügedən evləri tərk edib.

Diqqqəti çəkən məqam isə Ermənistan mediasının ermənilər yaşayan binaların fiziki köhnəlmə nəticəsində dağılmasını rəsmi tədbirə görə keçirilmiş atəşfəşanlğın, dolayısı ilə dövlətin üstünə atmağa çalışmasıdır. Binanın sakinləri yaşadıqları evin istismar müddətinin keçdiyini, qəzalı olduğunu etiaf etsələr belə, qaraxyma peşəkarı olan Ermənistan mediası guya ermənilərin gürcü hökuməti tərəfindən təqibə məruz qaldığını iddia edərək yeni etnik münaqişə zəmini hazırlayırlar.

Qeyd edək ki, sözügedən məhəllə Qafqazın Çar Rusiyası tərəfindən işğal edilməsindən sonra 19-cu əsrin 30-cu illərində Osmanlı və Qacar torpaqlarından köçürülən erməni ailələrinin məskunlaşdırılması hesabına salınıb.

Şərhlər

Yaz...