Rusiyanın ən gözəl aktrisa və müğənnilərindən olan Aqlaya Şilovskaya mediaya müsahibəsində Bakıya gedəcəyi günü səbirsizliklə gözlədiyini söyləyib.
Diaspora.TV moskva-baku portalına istinadən xəbər verir ki, oktyabr ayında Bakıya turist kimi gəlib gəzəcəyini deyən rus gözəli bakılılara mesaj da göndərib:
“Azərbaycanla tanış olmağı səbirsizliklə gözləyirəm, tezliklə görüşərik, bakılılar”.
O, Müslüm Maqomayevin yaradıcılığına böyük hörmət bəslədiyini və onun mahnılarını hələ ki, böyük səhnədə ifa etməsə də, məmnuniyyətlə özü və yaxınları üçün oxuduğunu bildirib.