Tarix: 13.09.2024 / 16:40
Rus gömrükçülər azərbaycanlının mallarını     əlindən aldılar

Rus gömrükçülər azərbaycanlının mallarını əlindən aldılar

Rusiyanın Pulkovo gömrük məntəqəsinin əməkdaşları Azərbaycan vətəndaşının yükündən 345 şüşə kişi və qadın parfümləri aşkar ediblər.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Şimal-Qərb Gömrük İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bütün ətirlər müsadirə edilib.

Azərbaucanlının sözlərinə görə, ətirləri dostlarına hədiyyə gətirirmiş və o, şüşələri bəyan etməyi unudub. Məhsulun çəkisi 25 kq-ı keçib, onu parça səyahət çantasında daşıyıb. Gömrükçüləri baqajın görünüşü cəlb edib və ona görə də yoxlama aparıblar.

Departamentin mətbuat xidməti xəbər verir ki, "Şimal paytaxtının qonağı nəql edilən ətirlərin qiymətinin 7000 rubldan çox olmadığını, daxili bazarda oxşar məhsulların isə on dəfələrlə baha olduğunu bildirib".

Azərbaycan vətəndaşı gömrükçülərə ildə iki dəfədən çox olmayaraq Sankt-Peterburqa uçduğunu və orada olan dostlarını ətirlə sevindirmək qərarına gəldiyini bildirib. Lakin Pulkovoda ona inanmayıblar və RF İnzibati Xətalar Məcəlləsinə əsasən iş açıblar.

Şərhlər

Yaz...