Xalq artisti Aygün Kazımovanın 36 il əvvəl oxuduğu “Ay qızım” mahnısı rus filmində səsləndirilib.
Diaspora.TV xəbər verir ki, “Печень или история одного стартапа” adlı ekran işində Pop kraliçanın ifası ilə bağlı məlumat da qeyd edilib. Belə ki, mahnının bəstəkarının Cavanşir Quliyev, ifaçısının isə Kazımova olduğu vurğulanıb.
Qeyd edək ki, müğənni sözügedən mahnını 1988-ci ildə oxuyub./Axşam.az