Rusiya Dövlət Duması rus dilini bilməyən miqrant uşaqların rus məktəblərinə qəbulunu qadağan edən qanun qəbul edib.
Diaspora.TV xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında məlumat verib.
“Rus dilini bilməyən miqrantların uşaqları məktəblərə qəbul edilməyəcək”, - deyə o qeyd edib.
Volodin qeyd edib ki, uşağı məktəbə yazdırmazdan əvvəl səlahiyyətlilər onun Rusiyada olmasının qanuniliyini mütləq yoxlayacaqlar.
Qanun layihəsinin qəbulu zamanı 409 deputat təşəbbüsün lehinə, əleyhinə isə 1 deputat səs verib.