Tarix: 26 Sentyabr 2024 12:51 | Baxış sayı: 402
Azərbaycan diasporunun nüfuzlu simasının  rəis oğlunun başı dərddə

Azərbaycan diasporunun nüfuzlu simasının rəis oğlunun başı dərddə

Dağıstan Daxili İşlər Nazirliyinin rəis müavini Rüfət İsmayılov və onun müavini Dalqat Əbdülqapurovun rüşvət alması işi üzrə istintaq müddəti 2024-cü ilin noyabrına qədər uzadılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Müstəntiqlərin sözlərinə görə, Dağıstan Daxili İşlər Nazirliyinin rəis müavini, eyni zamanda istintaq idarəsinin rəisi olan İsmayılov, onun müavini Abdulqapurov və naməlum vəzifəli şəxslərlə birlikdə qanunsuz tikinti faktı ilə bağlı cinayət işi başlanmasından imtina etdiklərinə görə 300 min rubl məbləğində rüşvət alıblar. Eyni zamanda, "analıq kapitalının büdcə vəsaitlərinin bölüşdürülməsinə dair müsbət prosedur qərarının qəbul edilməsi" üçün 1 milyon rubl da rüşvət kimi alınıb.

Bundan başqa, istintaqa görə, 2022-ci ildə İsmayılov və Abdulqapurov sərəncamlarında olan 100 milyon rublu kriptovalyutaya yatırmaq qərarına gəliblər və bu pulu mədən avadanlığı almaq üçün müəyyən bir Frolova köçürüblər. Lakin iş adamı “öhdəliyindən yayınmağa başlayandan” sonra yüksək rütbəli polis əməkdaşları “təzyiq göstərmək və pulları qaytarmaq üçün saxta qurbanların ifadələri əsasında” ona qarşı cinayət təqibi başlayıblar.

İstintaq hesab edir ki, polkovnik və onun müavini tabeliyində olan işçilərə bir sıra qanunsuz göstərişlər veriblər ki, bu da “rəsmi səlahiyyət çərçivəsindən kənara çıxıb və Frolovun hüquqlarının, cəmiyyətin və dövlətin maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnib”.

Qeyd edək ki, İsmayılov Dərbənddə anadan olub və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Nijni Novqorod Akademiyasını bitirib. Daha sonra Dərbənd şəhər Daxili İşlər Şöbəsinin istintaq işi üzrə rəis müavini vəzifəsində çalışıb. Rüfət İsmayılov 2019-cu il dekabrın 4-də nazir müavini vəzifəsinə təyin edilib və bir neçə ay bu vəzifədə çalışıb.

Məlumata görə, İsmayılov Dərbənd Azərbaycan diasporunun nüfuzlu simalarından olan hakim Hikmət İsmayılovun oğludur.



Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs