Tarix: 28.10.2024 / 09:46
Seçki məntəqəsində yaşanan  insidentlə bağlı açıqlama

Seçki məntəqəsində yaşanan insidentlə bağlı açıqlama

Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İskəndərov Sadaxlı kəndinin 69 saylı seçki məntəqəsində baş verən insidentə münasibət bildirib.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, sosial media hesabında paylaşım edən İskəndərov baş verənlərin təhrif olunduğunu deyib:

"Ətrafımda cərəyan edən hadisələrə, yalan kampaniyasına aydınlıq gətirmək, işıqlandırmaq istəyirəm! Bu, böhtandır, guya mən seçkiləri saxtalaşdırmaq məqsədilə seçki qutusuna bülleten atmışam! Hadisə belə olub: mən seçki məntəqəsində izdihamı və qarışıqlığı görəndə dərhal içəri keçib vəziyyəti öyrənməyə çalışdım və məlum oldu ki, müxalifət nümayəndələri görünməmiş həyasızlıqla seçki qaydalarını pozublar. Hisslərimi saxlaya bilməyib əsəbiləşdim və bülletenləri onların əlindən alıb qutuya qoydum. Burada isə məqsədim seçkiləri saxtalaşdırmaq deyildi, bu, müxalifətin yaxşı planlaşdırılmış təxribatı idi", - deyə R.İskəndərov bildirib.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin Sadaxlı kəndində 69 saylı seçki məntəqəsində Rövşən İskəndərov tərəfindən bülletenlərin kütləvi şəkildə qutuya atıldığı görüntülər yayılıb.

Şərhlər

Yaz...