Tarix: 31.08.2024 / 13:48
 Roma papası Qərbdən Vahid Ələkbərovun    xahişini edir

Roma papası Qərbdən Vahid Ələkbərovun xahişini edir

Roma Papası Fransiskin haqqında çoxlu fərziyyələr səslənən, lakin mətnini hələ heç kimin görmədiyi “sülh planı” nəhayət ki, ictimaiyyətə “sızıb”.

Diaspora.TV xəbər verir ki, Qərb mediasının yazdığına görə, həmin planda Ukrayna-Rusiya müharibəsindən tutmuş ABŞ-ın sanksiyalarına qədər tədbirlər nəzrdə tutulur.

Bizim diqqətimizi çəkən isə xaricdəki azərbaycanlı oliqarxların qohumları və övladları barədə olan hissədir.

Vatikanın sahibi tərəfindən Qərb ölkələrinə Ukrayna ərazisindəki münaqişədə birbaşa iştirak etməyən Rusiya oliqarxlarının qohumlarına qarşı sanksiyaların ləğv etməsi təklif olunur.

İştirak və iştirak etməmək arasında dəqiq sərhədin harada olduğu hələ aydın deyil, lakin Vatikandakı mənbənin sözlərinə görə, belə qohumların sayı 12-dən çox deyil (xüsusən də azərbaycanlı Vahid Ələkbərovun qohumları, özbək Əlişir Usmanovanın bacısı və digərləri və s.), onların bəziləri isə Azərbaycan və ya Özbəkistan vətəndaşlarıdır. Onların sanksiyalardan çıxarılması xüsusi fərq yaratmayacaq, lakin bu, “xoş niyyət jesti” kimi mühüm simvola çevriləcək.


Şərhlər

Yaz...