Tarix: 20.12.2024 / 17:33
Restoranda dava:    Azərbayanlı tanışını güllələdi

Restoranda dava: Azərbayanlı tanışını güllələdi

Rusiyanın Vidnoye şəhərində yerləşən restoranlardan birində tanışlarına atəş açan 42 yaşlı Azərbaycan vətəndaşı 13 il müddətinə azadlıqdan məhrum edilib. Hadisəni törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Diaspora.TV xəbər verir ki, bu barədə Moskva vilayəti prokurorluğu məlumat yayıb.

Məlumata görə, cinayət ötən ilin sonunda “Vidnaya Zastava” restoranda törədilib.

İki tanışı ilə əyləşən Azərbaycan vətəndaşı aralarında yaranan mübahisə zəmnində qarşı tərəfə atəş açıb. Nəticədə onlardan biri elə hadisə yerində ölüb, digəri isə qaçaraq özünü yaxınlıqdakı xəstəxanaya çatdırıb.



Şərhlər

Yaz...