“Rusiyanın Stavropol şəhərində yaşayan azərbaycanlılar 28 May Respublika Günü ilə əlaqədar bir araya gəliblər”.
Bu barədə Diaspora.TV-yə açıqlamasında Rusiyanın Stavropol şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev məlumat verib.
F.Yarıyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 106-cı il dönümü ilə bağlı Nevinnomissk şəhərində tədbir keçirilib, Stavropol şəhərində də Respublika günü qeyd olunub.