Tarix: 31 İyul 2024 18:17 | Baxış sayı: 789
Rəsmi qurumlar ayrı-seçkiliyi kənara qoymalıdır   - Araşdırmaçı jurnalist

Rəsmi qurumlar ayrı-seçkiliyi kənara qoymalıdır - Araşdırmaçı jurnalist

"Azərbaycan diasporunun birləşə bilməməsinin bir sıra səbəbləri var. Bəzən hətta bir ölkədə, bir şəhərdə belə diaspor təşkilatları birlik nümayiş etdirə bilmirlər. Milli maraqlar deyil, maddi istəklər ön planda olur. Bəzi hallarda isə siyasi fikir ayrılıqları birliyə mane olur. Çox vaxt da diasporla məşğul olan qurumların yanlış addımları işləri korlayır. Əvvəllər bunu açıq demək olmurdu, amma indi demək olar. Xaricdə yaşayan o taylı, bu taylı soydaşlarımızın bir qismi müxtəlif siyasi çevrələrə bağlıdır. Ona görə də birlik nümayiş etdirə bilmirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında araşdırmaçı jurnalist Elman Cəfərli deyib. O, qeyd edib ki, Güney Azərbaycan türklərinin milli kimlik mübarizəsinə, Ana dili hərəkatına dəstək məsələsində belə liderlik ambisiyası qabarır, nəticədə yaranmış kövrək birliklər belə dağılır:

“Hazırda güclü diaspor hamıdan çox bizə lazımdır. Qarabağ işğaldan azad edilib, amma həll olunası çoxlu problemlərimiz var. Ermənilər Qarabağı viran qoyub, böyük bir bölgəmizdə minillər ərzində yaratdığımız tarixi, mədəni irsimiz məhv edilib. Zəngəzur dəhlizi açılmalı, Naxçıvanla quru əlaqələrimiz bərpa edilməlidir. Eyni zamanda Qərbi Azərbaycana qayıdış məsələsi var”.

Elman Cəfərli bütün bunları dünyanın diqqətinə çatdıracaq güclü diaspora ehtiyacımızın olduğunu önə çəkib:

“Xaricdə yaşayan soydaşlarımızı azərbaycançılıq ideologiyası ətrafında biz birləşdirməliyik. Bunun yolu ədalətli yanaşmadan, intriqaları unudaraq sağlam qüvvələrlə əməkdaşlıqdan keçir. Artıq elə bir mərhələyə gəlmişik ki, soydaşlarımız yaşadıqları ölkələrdə yerli cəmiyyətə inteqrasiya olunmalı, siyasi proseslərdə, seçkilərdə aktiv iştirak etməlidir. İranda azərbaycanlı Məsud Pezeşkiyan prezident seçildi. Bu, Gürcüstanda yaşayan soydaşlarımızı da fəallaşdırmalıdır. Rusiyada, Ukraynada, Qazaxıstanda, hətta Türkiyədə yaşayan azərbaycanlılar idarəetmədə təmsilçilik uğrunda çalışmalıdır. Diaspor təşkilatları ilə məşğul olan rəsmi qurumlar ayrı-seçkiliyi kənara qoymalı, yerli cəmiyyətlərə inteqrasiya olunmuş, xarici dil bilgisi və əlaqələri olan insanlarla işləməlidir”.

Onun fikirincə, kütləvi zal tədbirləri də lazımdır:

“Amma əsas gücü informasiya, təbliğat işinə vermək lazımdır. Qərbi Avropa ölkələrinin mediasına çıxış imkanlarını genişləndirməliyik".

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs