Təbrizdə dövlət qurumları qədim türk rəmzləri ilə bəzədilmiş iki simvolik rəngli yumurta fiqurunu “ərazi bütövlüyünə təhlükə” səbəbilə yığışdırıb.
Diaspora.tv xəbər verir ki, Təbrizin Şah Gölü parkında yerləşdirilən bu yumurtalar Fatimə Dadaşzadə və Məsumə Əlizadə Şamlunun əl işləri olub və onlar tərəfindən bəzədilib. Hamıya bəllidir ki, qədim Azərbaycan xalçaları üzərində və Ərdəbildə Şeyx Səfiəddinin məzar daşında da qədim türk simvolları var.
Bəs görəsən, qədim Azərbaycan xalçaları və məzarları da "ərazi bütövlüyünə təhlükə"dirmi?