Tarix: 20.08.2024 / 11:13
 Reketlər Rusiyada yaşayan iş adamlarına təzyiqlər göstərirdilər   - Ekspert

Reketlər Rusiyada yaşayan iş adamlarına təzyiqlər göstərirdilər - Ekspert

“Əgər xaricdə fəaliyyət göstərən iş adamlarına qarşı şantaj xarakterli hücumlar olarsa rəsmi şəkildə səfirlik və əgər həmin ərazidə səfirlik yoxdursa konsulluq xidmətlərinə müraciət olunmalıdır. Rəsmi strukturların müdaxiləsi mütləqdir”.

Bu sözləri Diaspora.TV-yə iqtisadçı ekspert Anar İsayev deyib. Onun sözlərinə görə, azərbaycanlıların çox yaşadığı ölkələrdən biri Rusiyadır:

“Cinayətlər, kriminal ünsürlər də daha çox Rusiya ərazisində özünü göstərir. Sonra reketçilik də var. Reketlər də adətən bizim Rusiyada yaşayan iş adamlarına təzyiqlər göstərirdilər. Azərbaycandan həmin iş adamlarının qorunması bir qədər çətindir. Amma hər bir çətinliyin də özünün həlli yolları var”.

A.İsayev bir çox ölkələrdə Azərbaycanın diaspora təşkilatlarının fəaliyyətdə olduğunu da önə çəkib:

“Həmin diaspor təşkilatları ilə bu məsələləri həll etmək mümkündür”.

Jalə
Diaspora.TV




Şərhlər

Yaz...