Tarix: 30 İyun 2024 09:56 | Baxış sayı: 286
Rəisiyə görə daha bir neçə sosial media fəalı  həbs edildi

Rəisiyə görə daha bir neçə sosial media fəalı həbs edildi

Güney Azərbaycanın Astara şəhərində bir neçə sosial media fəalı İbrahim Rəisinin həlak olmasına münasibət bildirdiklərinə görə həbs edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Astaranın fərmandarı Məhəmməd Rza Şahabzadə faktı təsdiqləyib.

“Kiber məkanda vətəndaşların İbrahim Rəisinin ölümünə görə şadlıq etdiklərini əks etdirən klip yayılıb, bu isə vətəndaşların hissiyyatına toxunub”,- fərmandar bildirib.

O, həmçinin saxlanılan şəxslərin İbrahim Rəisinin fotosu olan poster və bannerləri yandırdıqlarını söyləyib.

Həbs edilənlərin sayı, onların kimliyi və hara aparıldıqları barədə açıqlama verilməyib.

Qeyd edək ki, mayın 19-dan bu günə kimi İbrahim Rəisinin ölüm xəbəri ilə bağlı məlumatlar yayan, şənlik edən yüzlərlə şəxs və sosial media fəalı saxlanılıb, çox sayda sosial media kanalı bağlanıb.

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs