Tarix: 22.06.2024 / 15:55
Rəisinin öldüyü yer ziyarətgaha  çevrilir?

Rəisinin öldüyü yer ziyarətgaha çevrilir?

Fars-molla rejimi İbrahim Rəisinin öldüyü yeri ziyarətgaha çevirir.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Molla rejimi mayın 19-da Qaradağın Dizmar meşəsində İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğradığı və onun həlak olduğu yerdə ziyarətgah inşa edir.

Yerli sosial media fəalları bunu ideoloji təbliğat üçün hakimiyyətin İbrahim Rəisini imamzada kimi qələmə verməsi cəhdi adlandırıblar.

Molla rejimi tərəfindən son günlər Rəisinin həlak olduğu yerə məcburi ziyarət turlarının təşkili də bu məqsədlə həyata keçirilir.

Qeyd edək ki, bir müddət əvvəl İbrahim Rəisinin həlak olduğu Dizmar meşəsinin adını dəyişdirərək “Şəhid cümhur” qoymağa cəhd etdilər. Lakin Güney Azərbaycanda əhalinin və fəalların etirazından sonra məsələyə yenidən baxılıb və qərar ləğv edilmişdi.

Şərhlər

Yaz...