Şərqi Azərbaycan vilayətinin Ətraf Mühit Evi “Dizmar”ın tarixi adının dəyişdirilməsinə etiraz edir.
Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.
İbrahim Rəisinin helikopter qəzasında həlak olduğu Dizmar meşəsinin adının dəyişdirilərək “Şəhid Cumhur” qoyulması əhalinin və Şərqi Azərbaycan Ətraf Mühit Evinin etirazına səbəb olub.
Şərqi Azərbaycan Ətraf Mühit və Davamlı İnkişaf Evi bəyanat yayaraq, tarixi adın dəyişdirilməsinə qarşı çıxıb.
Azərbaycanlı ətraf mühit fəalları tərəfindən yazılan bəyanat Ətraf Mühit Təşkilatı, Mədəni İrsTəşkilatı və İran parlamentinin üzvlərinə ünvanlanıb.
Ad dəyişikliyinin hissiyyat əsasında tələsik verilən qərar olduğunu deyən bəyanat müəllifləri bunun nəticələri barədə xəbərdarlıq ediblər.
Bəyanatda qeyd edilib ki, ərazinin tarixi adının dəyişdirilməsi əvəzinə oranın yollarının çəkilməsinə, xilasetmə və yanğınsöndürmə imkanlarının yaradılmasına diqqət ayrılmalıdır.
Fəalların ünvanladığı məktubda yazılıb:
“Tarixi Dizmar adının dəyişdirilməsi ətraf mühit fəallarının və bölgə əhalisinin narahatlığına səbəb olub. Bu ad bölgə xalqının mədəniyyət tarixinin bir hissəsidir və onu dəyişmək gərginliyin artmasına və buna qarşı müqavimətin yaranmasına səbəb ola bilər”.
Qeyd edək ki, molla rejimi mayın 19-da İbrahim Rəisi və başqalarını daşıyan helikopterin qəzaya uğradığı və sərnişinlərin həlak olduğu Dizmar meşəsinin adını dəyişdirərək “Şəhid Cümhur” qoyub.
Elman Türkoğlu Sefevi KızılBaş Şerefeli.
Molla faşist rejimi qelet edib adını deyişiler. İran Adlanan ölke bütövlükde Azerbaycanın qedim torpaqlarıdır. Fars dığaları p torpaqlara hindistandan gelibler ve ermeni dığalarıyla emi uşağıdılar. Resinin adını aparıb hindistanın meşeliklerine versinler. Day bu qeder heyasızlıq olmaz. Güzey ve Güney Azerbaycanda yaşayan 66 milyon Azerbaycan Türk Milletimi qadar, Qaniçen faşist Molla reşimi fars dığalarına qarşı savaşa çağırıram. Qalax, qalx, qalxa ayağa Azerbaycan, faşist molla dığa fars hakimiyyetine son qoy
04.06.2024 / 14:17