Tarix: 09.04.2024 / 15:35
“Razı olmaq, o demək deyil ki, bu kifayətdir”-  Millət vəkili

“Razı olmaq, o demək deyil ki, bu kifayətdir”- Millət vəkili

“44 günlük Vətən savaşından əvvəl fəaliyyət göstərən Azərbaycan diasporu ilə bu gün fəaliyyətdə olan diasporumuz arasında çox fərq var”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Onun sözlərinə görə, əsas fərqlərdən biri odur ki, 44 günlük Zəfər savaşına qədərki dövrdə xaricdə olan Azərbaycan diasporunun çəkinəcəyi məsələlər var idi. Onlar məğlub dövləti, məğlub xalqı təmsil edirdilər:

“Bu gün dünyanın müxtəlif ölkələrində olan diasporumuz çox ürəkli, qürurla və cəsarətlə bütün məsələlərlə bağlı mövqe göstərib çıxış edirlər. Lazım gələndə də Azərbaycanın dövlət siyasətini, ölkəmizin uğurlarını müdafiə etməyi bacarırlar. Ölkədən kənarda dövlətimizə və xalqımıza qarşı olan ədalətsizliyə və haqsızlığa səslərini cəsarətlə qaldıra bilirlər. Bu hamımızı sevindirən bir haldır”.

Millət vəkili əlavə edib ki, Azərbaycan diaspor təşkilatları daha da fəal olub, inkişaf etməlidir.

“Çox istərdim ki, Azərbaycan diaspor təşklatları daha da güclü, fəal olsunlar. Ümumiyyətlə, onların fəaliyyətindən razıyam. Ancaq razı olmaq, o demək deyil ki, bu kifayətdir. Xeyr! Dayanmaq yox, irəli getmək, inkişaf etmək lazımdır. Daha güclü təşkilatlanıb, fəal iştirak etmək labüddür. Daha cəsarətli çalışıb həmin ölkələrdə yaşayan soydaşlarımızı diaspor mərkəzində cəmləşdirmək lazımdır ki, gücümüz daha təsiredici olsun”,- deyə, E.Məmmədov qeyd edib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...