Çeçenistan rəhbəri Ramzan Kadırov Aktauda baş verən təyyarə qəzası ilə bağlı açıqlama verib.
Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, o, qəzaya düşən sərnişin təyyarəsində həlak olanların yaxınlarına başsağlığı verib.
Kadırov qəza zamanı 25 nəfərin sağ qaldığını bildirib.
Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.