Tarix: 08.10.2024 / 08:50
Ramzan Kadırov miqrantların müdafiəsinə   qalxdı

Ramzan Kadırov miqrantların müdafiəsinə qalxdı

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyada miqrantlar üçün bir sıra qadağaların tətbiqini şərh edərkən deyib ki, “cəmiyyətdə miqrantlara qarşı nifrət yaratmaqla yaxşı heç nəyə nail olunmayacaq, əksinə, “biz vəziyyəti daha da pisləşdirəcəyik”.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, o, Rusiyanın miqrantlar əleyhinə qanunların sərtləşdirilməsi siyasətini orta əsr yanaşması adlandırıb.

“Yaxşı olar ki, indi heç olmasa miqrasiyaya nəzarət üçün savadlı sistemi yaradılsın və bu sahədə düzgün siyasət qurulsun. Amma başqa ölkələrin vətəndaşlarını təsadüfi inkvizisiyaya məruz qoymağın heç bir yolu yoxdur. Səbəbləri aradan qaldırmaq lazımdır, nəticələrlə məşğul olmaq yox. Başa düşmək lazımdır ki, miqrantlar arasında qanunu pozanlar da, qanuna tabe olanlar da var. Yeri gəlmişkən, sonuncular daha çoxdur. Və bu vacibdir. Yaxşı, biz bugünkü miqrantları tam təqib və təmizləmələrlə qovacağıq, amma sabah başqa ölkələrdən başqaları gələcək və onların daha yaxşı olacağına kim zəmanət verəcək?”, - deyə Kadırov bildirib.

Şərhlər

Yaz...