Tarix: 10.10.2024 / 23:18
Azərbaycanlılar arasında gərginlik:  Axund istefa verdi

Azərbaycanlılar arasında gərginlik: Axund istefa verdi

Marneuli Bələdiyyə Məclisinin “Vahid Milli Hərəkat” partiyasından olan üzvü Ramal Əhmədov, Daştəpə kəndinin axundu Eldəniz Sadiqovun ittihamlarına cavab verib.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, Ramal Əhmədov Eldəniz Sadiqovun heç bir zaman "Vahid Milli Hərakat" partiyasının üzvü olmadığını bildirib.

O iddia edib ki, Eldəniz Sadiqov pul qarşılığında "Gürcü arzusu" partiyasına keçib:

"Eldəniz Sadiqov heç bir zaman Vahid Milli Hərakat partiyasının üzvü olmayıb. Onun ötən gün danışdıqları yalan dolu ittihamlar idi. O həm mənim, həm də həmkarım Azad Kərimovun adını çəkərək, bizi yalançılıqda ittiham edir. Eldəniz Sadiqov hər ikimizdən pul istəyib ki, seçki kapmaniyanıza kömək edim, bizim isə ona cavabımız o olub ki, bizdə seçki kampaniyası pulla deyil, könüllüdür. Dünən Eldəniz Sadiqov "Gürcü arzusu"nun üzvü Omar İrişov və Zaur Darğallıdan beş min lari pul alıb, öz ruhaniyyətindən istifadə edib xalqa çıxıb yalan deyir ki, 5 nömrəyə səs verməyin onlar yalan danışır. Mən sizə deyə bilərəm ki, Eldəniz Sadiqov 2012-ci ildə əlində süpürgə lapetin belində Bolnisi rayonunda qışqıraraq, 41-ə səs verməyin deyirdi. Mən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxindən xahiş edirəm ki, Eldəniz Sadiqovu idarədən istefaya göndərsin", - deyə Ramal Əhmədov qeyd edib.

Qeyd edək ki, ötən gün Marneuli bələdiyyəsinin Daştəpə kəndinin axundu Eldəniz Sadiqov “Birlik – Milli Hərəkat”dan ayrılaraq “Gürcü Arzusu” partiyasına keçdiyini elan edib. Bu gün isə o, Gürcüstan Müsəlmanları İdarəsi ilə əməkdaşlığı dayandırdığını bildirib.

Şərhlər

Yaz...