Tarix: 10.10.2024 / 11:25
Azərbaycanlı Krasnoyarskda mühakimə olunacaq  - SƏBƏB?

Azərbaycanlı Krasnoyarskda mühakimə olunacaq - SƏBƏB?

Rusiya İstintaq Komitəsinin Krasnoyarsk şəhərinin Leninski rayonu üzrə istintaq şöbəsi Azərbaycan Respublikası vətəndaşına qarşı cinayət işinin istintaqını yekunlaşdırıb.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılığın tətbiqi) ilə ittiham olunur.

İstintaqın məlumatına görə, 2024-cü il sentyabrın 1-də Krasnoyarsk şəhərinin Leninski rayonunda yerləşən “Krastets” bazarında hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyinin pozulması hallarının müəyyən edilməsi məqsədilə reyd keçirib.

Yoxlama tədbirləri zamanı Azərbaycan vətəndaşı Rusiya Federasiyası ərazisində olmasının qanuniliyini təsdiq edən sənədləri təqdim etməkdən imtina edib və bu səbəbdən Rusiya Qvardiyası əməkdaşlarının müşayiəti ilə daha sonra polis şöbəsinə çatdırılması üçün xidməti avtomobilə mindirilib. Təqsirləndirilən şəxs avtomobildə olarkən asayiş keşikçilərinin qanuni tələbləri və hərəkətləri ilə razılaşmadığını bildirərək Milli Qvardiyanın əməkdaşlarından birini vurub.

İstintaq kifayət qədər sübut toplayıb və buna görə də cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.


Şərhlər

Yaz...