Tarix: 02 Avqust 2024 12:00 | Baxış sayı: 328
Qürbətdə yaşayan azərbaycanlılar bilsinlər ki...   - “Bu şəhərdə”nin Müşviqi soydaşlarımıza səsləndi

Qürbətdə yaşayan azərbaycanlılar bilsinlər ki... - “Bu şəhərdə”nin Müşviqi soydaşlarımıza səsləndi

“24 ildir “Bu şəhərdə” kollektivi olaraq Azərbaycanla yanaşı, xarici ölkələrdə də konsert proqramlarında iştirak etmişik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında prodüser və ssenarist Müşviq Abbasov deyib.

M.Abbasovun sözlərinə görə, bu günə qədər Almaniya, İngiltərə, İsveç, Latviya, Belarus, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və eləcə də Rusiya kimi ölkələrdə 50-dən çox konsert proqramı ilə çıxışlar ediblər:

“Təbbi ki, bizim konsertlərimiz Azərbaycan dilində keçirilir. Xaricdə verdiyimiz konsertlərdə iştirak edənlərin 90-95%-i soydaşlarımız olub. Niyə 90-95%? Çünki Azərbaycandan nə zamansa köçüb, orada yaşayan qeyri-azərbaycanlılar da var. İçlərində rusu da, yəhudisi də olub, hansı ki, bizim konsertə gəlib, dilimizdə də sərbəst danışa bilirlər”.

Prodüsser bildirib ki, Azərbaycan diasporu ötən illərlə müqayisədə inkişaf edib:

“Xaricdə yaşayan azərbaycanlılar və vətəni Azərbaycan olan qeyri-azərbaycanlılar, başqa millətlər də var ki, aktivdirlər. Bu da bizi çox sevindirir. Mənə elə gəlir ki, Avropada yaşayanlar MDB ölkələri ilə müqayisədə daha aktivdirlər. Bunu Londonda və Almaniyada müşahidə edib, izləmişəm”.

“Ümid edirəm ki, ildən-ilə daha güclü, həmrəy olsaq, dünyanın bir çox nöqtələrindən bizim haqq səsimiz gələcək. Var olsun qürbətdə yaşayan azərbaycanlılar və bilsinlər ki, Diasporla İş üzrə Dövlət Komitəsinin himnində də deyildiyi kimi, “Vətən uzaqda deyil”, - deyə M.Abbasov bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır