Tarix: 25.12.2024 / 11:49
Qəzaya düşən təyyarədə   67 nəfər olub - Rəsmi

Qəzaya düşən təyyarədə 67 nəfər olub - Rəsmi

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Diaspora.TV-nin məlumatına görə, AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

"Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir", - açıqlamada qeyd olunub.



Şərhlər

Aysun

Goranboy

25.12.2024 / 16:51

Yaz...