Tarix: 26.12.2024 / 13:30
Qəzanı drondan lentə alan    bloger həbs olundu

Qəzanı drondan lentə alan bloger həbs olundu

Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau hava limanında qəzaya uğraması yerindən fotolar çəkən qazaxıstanlı bloger Azamat Sarsenbayev 10 sutka həbs edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Bloqqerin sözlərinə görə, onun fotolarından dünya mediası - The Guardian, BBC, Le Monde istifadə edir.

“Məni nəyə saxladıqları hələ də bəlli deyil. Konkret qayda pozuntusu maddəsi ilə ittiham irəli sürməyiblər. Vəkillə təmin etməkdən imtina ediblər”,- deyə o qeyd edib.

Sarsenbayev yerli polisin bəyanatının mətnini də dərc edib.

"Polis ictimai asayişi pozduğuna görə vətəndaş S.A.-nı saxlayıb. O, hadisə yerinə pilotsuz uçan aparatı işə salaraq xilasetmə xidmətlərinin işinə və əməliyyat-axtarış tədbirlərinə maneçilik törədib. Həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Ona, mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək”, - deyə təhlükəsizlik qüvvələrinin açıqlamasında bildirilib.
Manqistau vilayətinin Tupkaraqanski rayon məhkəməsinin qərarı ilə Sarsenbayev hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib. Məhkəmənin qərarı ilə A.Sarsenbayev 10 sutka müddətinə inzibati həbs edilib.


Şərhlər

Yaz...