Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən sərnişin təyyarəsi qəzası həm Azərbaycan xalqı, həm də AZAL üçün böyük faciə olaraq tarixə yazıldı. Təəssüf ki, qəza zamanı iki təcrübəli pilotumuz və bir bələdçimiz həyatlarını itirdilər. Onların bu qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Diaspora.TV xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb:
“Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin”.
S.Rzayev bildirib ki, sağ qalan şəxslərin ölkəyə gətirməsi günü ikinci yarsında həyata keçiriləcək:
"Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində gətiriləcək. Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır".