"AZAL-a aid "Embraer 190" təyyarəsinin Çeçenistan ərazisində Rusiya SQ HHQ tərəfindən vurulması ilə əlaqədar Rusiya prezidenti Azərbaycan prezidentindən üzr istəyib. Lakin Rusiya dövlətinin bunları da etməli olduğunu hesab edirəm".
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Türkiyədə yaşayan diaspor fəalı, polkovnik Akif Qasımov deyib.
A.Qasımov proseslə bağlı gələcək gözləntilərindən bəhs edib:
"Ramzan Kadırov başda olmaqla bütün günahkar şəxslər ciddi şəkildə cəzalandırılmalıdır. Vəfat edənlərin ailə üzvlərinə, yaralılara təzminat ödənilməlidir. AZAL şirkətinə dəymiş zərər ödənməlidir. Rusiya prezidenti media nümayəndələrinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiya xalqından üzr istəməlidir"