Tarix: 24.11.2024 / 14:30
Qeyri-qanuni miqrasiya təşkil edən   azərbaycanlıya hökm oxundu

Qeyri-qanuni miqrasiya təşkil edən azərbaycanlıya hökm oxundu

Moskvanın Butırski Məhkəməsi qondarma nikahlar vasitəsilə qeyri-qanuni miqrasiya təşkil etməkdə ittiham olunan iki kişi və bir qadına hökm oxuyub. Mürsəl Əhmədov 4 il, Viktor Çetaikin isə 3,6 il müddətinə azadlıqdan məhrum ediliblər. Tatyana Abramova isə 3 il sınaq cəzası alıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məhkəmə müəyyən edib ki, onlar tez bir zamanda müvəqqəti yaşamaq icazəsi almaq üçün xarici vətəndaşları Rusiya vətəndaşları ilə nikaha cəlb etməklə məşğul olub, lazımi sənədlərin hazırlanmasında hüquqi yardım göstəriblər.


Şərhlər

Yaz...