Rusiyanın Berdsk şəhərində yaşayan azərbaycanlı əcnəbiləri qanunsuz qeydiyyata saldığına görə, ölkə məhkəməsi tərəfindən 50 min rubl (845,98manat) məbləğində cərimələnib.
Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, o, həmyerlilərinin “qeydiyyatını” öz evində həyata keçirib.
Qeyd olunub ki, sözügedən şəxs cari ilin aprelin 1-dən mayın 21-dək Berdsk çoxfunksiyalı mərkəz vasitəsilə öz evində 31 nəfəri qeydiyyata alıb.
Bundan sonra xarici vətəndaşların qeydiyyatı haqqında məlumat Rusiya Daxili İşlər Nazirliyinin Berdsk üzrə Departamentinin miqrasiya şöbəsinə göndərilib və miqrasiya qeydiyyatı üçün dövlət informasiya sisteminə daxil edilib.
Onun məhkəməsi baş tutub. Azərbaycanlı təqsirli olduğunu etiraf edib.