Tarix: 29.08.2024 / 13:12
 Qeyri-qanuni miqrantlara nəzarət üçün reyestr    yaradılacaq

Qeyri-qanuni miqrantlara nəzarət üçün reyestr yaradılacaq

Rusiya Federasiyasında qeyri-qanuni miqrantların tutulması üçün nəzarət edilən şəxslərin reyestri işə salınacaq.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Rusiyada 2025-ci ildən qeyri-qanuni miqrantların müəyyən edilməsi üçün nəzarət edilən şəxslərin reyestri işə salınacaq.

Bu, miqrasiya sənədlərinin müddəti bitmiş və ya ləğv edilmiş, yaxud inzibati xəta törətmiş və hazırda Rusiyadan deportasiya edilməli olan miqrantlar haqqında məlumatların yer aldığı məlumat bazası olacaq.

Hazırda Rusiyada qanunsuz olaraq 630 minə yaxın miqrant var. Daxili İşlər Nazirliyinin rəhbərinin birinci müavini Aleksandr Qorovoy bildirib ki, əksər hallarda bu insanlar Rusiya ərazisində qalma rejiminin pozulması, iki və ya daha çox inzibati xəta və ya qeyri-qanuni əmək fəaliyyəti ilə əlaqədar müvafiq status alıblar.




Şərhlər

Yaz...