Tarix: 18.11.2024 / 17:10
Qətllər törətməkdə şübhəli bilinən şəxsin azərbaycanlı olduğu    üzə çıxdı

Qətllər törətməkdə şübhəli bilinən şəxsin azərbaycanlı olduğu üzə çıxdı

Tula Mərkəzi Dairəsinin İstintaq İdarəsində kişi cəsədinin tapılması ilə bağlı araşdırma başlayıb.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, axtarış zamanı qətlin törədilməsində Azərbaycan vətəndaşı şübhəli bilinir.

Hadisə akademik Pavlova küçəsində yerləşən “Salyut” bazarı yaxınlığında baş verib. Şübhəli hadisədən sonra Kaluqa vilayətinə qaçıb.

İstintaqın məlumatına görə, münaqişə zamanı şübhəli şəxs də bədən xəsarəti alıb və Kaluqadakı xəstəxanalardan birinə gedib. Araşdırma zamanı həmin şəxsin Rusiyada qeyri-qanuni yaşadığı məlum olub. Onun, həmçinin 2022-ci ildə Moskva vilayətində törədilmiş qətldə də əli olduğu üzə çıxıb.


Şərhlər

Yaz...