Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində orta yaşlı kişinin qəbristanlıqda meyiti tapılıb.
Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, hadisə ilə bağlı yeni detallar məlum olub.
Belə ki, 39 yaşlı Mürtəz Rüstəmovun amanszıca qətlə yetirildiyi məlum olub.
O, 4 ay əvvəl itkin düşüb. Rüstəmovlar ailəsi bildirib ki, onlar polisə müraciət etsələr də, lakin reaksiya verilməyib.
Bir neçə gün əvvəl, Qabaldakı hadisə yerində telefon və şəxsiyyət vəsiqəsi tapılıb, hadisə yerinə gələn mərhum Mürtəz Rüstəmovun atası isə dəhşətli mənzərə ilə qarşılaşıb.
Cinayət yerini artıq ekspert kriminalistlər araşdırıb.
DİN məsələ ilə bağlı hələ açıqlama verməyib.