Xəbər verdiyimiz kimi, Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində qəbiristanlıqda tapılan azərbaycanlının meyiti ekpertiza edilir.
Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 143-cü (qanunsuz olaraq azadlıqdan məhrum etmə) maddəsi ilə araşdırmalara başlayıb.
"İtkin düşən şəxs təxminən üç gün əvvəl qəbiristanlıqda tapılıb. Ailə üzvləri onun qətlə yetirilməsindən şübhələnirlər. Azərbaycanlının atası oğlunun itməsi ilə bağlı aylar əvvəl polisə müraciət edib. Araşdırmalar da həmin vaxt başladılıb",- deyə bildirilib.