Tarix: 18.06.2024 / 13:22
Qətl törədən 6 azərbaycanlının   həbs müddəti uzadıldı

Qətl törədən 6 azərbaycanlının həbs müddəti uzadıldı

Moskvada Basmannı məhkəməsi bayker Kirill Kovalevin qətli işi üzrə altı müttəhimin həbs müddətini uzadıb.

Təqsirləndirilən şəxs 2024-cü il sentyabrın 18-dək həbsdə qalır.

Qeyd edək ki, qətl hadisəsi aprelin 17-də baş verib. 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov Moskvanın Krasnodarskaya küçəsində çoxmərtəbəli yaşayış binasının yaxınlığında səkidə maşın saxladığına görə onu irad tutan baykeri bıçaqlayıb. Bundan dərhal sonra o, yoxa çıxıb və qardaşları ilə birlikdə Rostov vilayətində saxlanılıb.

Prosesdə o, həbsinin əleyhinə çıxıb, təqsirini boynuna almayaraq peşman olduğunu və bunun baş verməsini istəmədiyini bildirib. Həmçinin yaxınlarının təqsirləndirilən şəxs qismində cəlb edilməməsini xahiş edib./Lent.az

Şərhlər

Yaz...