“Qərbi azərbaycanlıların qayıdışı prosesində həm bizim icmanın, həm də diaspor təşkilatlarının aktivliyi çox vacibdir”.
Bu sözləri Diaspora TV-yə müsahibəsində Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, sabiq maliyyə naziri Əvəz Ələkbərov deyib.
O bildirib ki, münbit şərait və iş yerləri olacaqsa, gənc nəsli Qərbi Azərbaycana aparmaq mümkün olacaq.