Tarix: 28 Oktyabr 2024 10:06 | Baxış sayı: 702

Qərbi azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə vermədilər

Diaspora.TV-də yayımlanan "Yurda Dönüş" verilişinin bu dəfəki qonağı Qərbi Azərbaycan İcmasının Ağsaqallar Şurasının üzvü, sabiq maliyyə naziri, professor Əvəz Ələkbərov olub.

Ə.Ələkbərov Diaspora.TV izləyiciləri ilə doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndi barədə xatirələrini bölüşüb.

Eyni zamanda onunla söhbət zamanı 1988-ci il deportasiyası, Qərbi azərbaycanlıların köçürülməsi, qayıdış prosesində xaricdəki soydaşlarımızdan və diaspordan gözləntilər kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra Qərbi Azərbaycana qayıdış soydaşlarımız üçün xəyaldan real müstəviyə keçib. Qayıdış Konsepsiyası ölkəmizin bütövlüyünə, suveren hüquqlarımızın və tarixi ədalətin bərqərar olunmasına xidmət edən milli ideyamızın ayrılmaz hissələrindəndir. Bu reallıq xalqımız qarşısında duran əsas çağırışlardan və ən aktual məsələlərdən biri kimi önəmini qoruyub saxlayır.

"Yurda Dönüş" verilişi tarixi torpaqlarımıza qayıdış konsepsiyası, mövcud reallığın beynəlxalq müstəvidə təbliği və bu istiqamətdə diaspor təşkilatlarının rolu kimi məsələlərin müzakirəsinə yönəlib.

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs