Rza Rəhmani Qərbi Azərbaycan əyalətinin yeni valisi təyin edilib.
Diaspora.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Yeni valinin təyinatı barədə İran Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib.
Miliyyətcə Azərbaycan türkü olan R.Rəhmani Təbrizdə anadan olub.
O, Sənaye və Mədən Universitetində idarəçilik üzrə doktorluq dərəcəsi alıb, Təbrizin İran parlamentdəki nümayəndəsi olub. Rəhmani, İranın keçmiş prezidenti Həsən Ruhani hökumətində bir müddət Sənaye, Mədən və Ticarət naziri kimi fəaliyyət göstərib.
Azərbaycanlı siyasətçi eyni zamanda Milli Mis Sənayesi Şirkətinin Direktorlar Şurasının sədri vəzifəsini yerinə yetirib.