Tarix: 11.11.2024 / 16:25
Qərbi Azərbaycan əyalətinə yeni vali    təyin olundu

Qərbi Azərbaycan əyalətinə yeni vali təyin olundu

Məhəmməd Əmin Rzazadə Iranın Qərbi Azərbaycan əyalətinə vali təyin olunub.

Diaspora.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərində anadan olan Rzazadə indiyə kimi bir çox vəzifələrdə işləyib. O, Daxili İşlər Nazirliyinin Siyasi Bürosu, Ticarət Nazirliyinin Təftiş və Nəzarət şöbəsi, İqtisadi və Maliyyə Təşkilatlarının İnspeksiyasının baş direktoru vəzifələrində çalışıb.

Yeni vali ixtisasca hüquqşünasdır, Tehran Universitetində hüquq üzrə doktorluq dərəcəsini alıb.

Qeyd edək ki, indiyə kimi bu vəzifəni Rza İbrahimi Ağ İsmayili müvəqqəti olaraq icra edirdi.


Şərhlər

Yaz...