Tarix: 03.09.2024 / 10:38
Yetər ki, xaricdə bu iş müvafiq qurumlar tərəfindən düzgün idarə olunsun...   – Siyasi şərhçi

Yetər ki, xaricdə bu iş müvafiq qurumlar tərəfindən düzgün idarə olunsun... – Siyasi şərhçi

“Uzun müddət Rusiyanın fəal dəstəyi ilə Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi şərhçi Həsrət Rüstəmov “Qarabağın işğaldan azad olunması diaspor təşkilatlarına hansı yeni imkanlar qazandırdı” sualına cavabında deyib.

Onun sözlərinə görə, eyni zamanda şanlı ordumuzun düşməni darmadağın etməsi nəticəsində xalqımızda, o cümlədən də xaricdə yaşayan həmvətənlərimizdə özünə olan inamı möhkəmləndirib:

“Bu baxımdan qələbəmiz diasporumuzun fəaliyyəti üçün yaxşı imkanlar açıb. Yetər ki, xaricdə bu iş müvafiq qurumlar tərəfindən düzgün idarə olunsun və ortaya yaxşı planlaşdırılmış iş qoyulsun”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...