Tarix: 25.08.2024 / 17:19
Qazaxıstanlı boksçu qıza vətəndaşlıq  təklif etmişik?

Qazaxıstanlı boksçu qıza vətəndaşlıq təklif etmişik?

Qazaxıstanı təmsil edən peşəkar boksçu Ancelina Lukas yaşadığı ölkənin mediasına bildirib ki, ona bir çox ölkələrədən vətəndaşlıq təklifləri gəlir.

Diaspora.TV xəbər verir ki, “Dəmir ledi” ona vətəndaşlıq təklifi edən ölkələr arasında Azərbaycanın da adını çəkib:

“Azərbaycan vətəndaşlığımı dəyişməyi təklif edib. Və bir dəfədən çox və hətta bu günə qədər. Məni Los-Ancelesdə də görmək istəyiblər".

O, Bəhreyndən gələn təkliflərə də rədd cavabı verdiyini deyir:

Bəhreyn Paris Olimpiadası üçün çox gözəl müqavilə təklif etdi:

“Xeyr, razı deyiləm, mənə zəng etməyin. Şərtlərə və nə qədər ödəyəcəklərinə baxmağı təklif etdilər”.

Qeyd edək ki, Ancelina Lukas çoxlu sayda peşəkar döyüşlər keçirdiyini əsas gətirərək Parisdə keçiriləcək Olimpiya Oyunları üçün seçimdə iştirakdan imtina edib.

Şərhlər

Yaz...