Qazaxıstandakı Azərbaycan diasporunun nümayəndəsi, "Xəzər" Etnomədəni Birliyinin sədr müavini, simli xalq alətlərinin ifaçısı Sadiq Namazov Respublika Günü münasibətilə Astana şəhərinin akimi Jenis Kasımbek tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, Qazaxıstan dövlətinin milli maraqlarının, suverenliyinin qorunmasına verdiyi əhəmiyyətli töhfələrə görə Sadiq Namazova təşəkkür edilib.
Qeyd edək ki, Sadiq Namazov Astana şəhərində diaspor sahəsində aktiv fəaliyyətinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təşəkkürnaməsinə, eləcə də Qazaxıstan dövlətinin müxtəlif təltiflərinə layiq görülüb.