24-26 sentyabr 2024-cü il tarixlərində Astanada (Qazaxıstan) Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Diaspora.TV xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 24-də “Füzuli-530” kitabının təqdimatı və etno-caz konserti olacaq. Sentyabrın 25-də Qazaxıstan və Azərbaycanın milli kitabxanaları arasında memorandumun imzalanması, Elmira Axundovanın kitabının təqdimatı, “Azərbaycan incəsənətinin şah əsərləri” sərgisinin açılışı və rəqs ansamblının konserti olacaq. Sentyabrın 26-da Azərbaycanın müasir incəsənəti və Tomirisin ikonoqrafiyasına dair mühazirələr keçiriləcək.
Əsas tədbir sentyabrın 26-da Kuanışbayev adına Milli Musiqili Dram Teatrında keçiriləcək. Qala-konsertdə Azərbaycanın xalq artistləri çıxış edəcəklər.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Bakıda Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında Mədəniyyət Günləri keçirilib.