Tarix: 26 Sentyabr 2024 12:00 | Baxış sayı: 210
Qaxariya seçki siyahısını açıqladı:    Siyahıda azərbaycanlılar yoxdur

Qaxariya seçki siyahısını açıqladı: Siyahıda azərbaycanlılar yoxdur

Keçmiş Baş nazir Girogi Qaxariyanın rəhbərlik etdiyi "Gürcüstan üçün" müxalif partiyası 25 sentyabr tarixində proporsional seçki siyahısını təqdim edib.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, Giorgi Qaxariya partiyasının seçki siyahısında birinci nömrədir.

Belə ki, ümumilikdə 29 nəfər təqdim edən Qaxaria partiyasının seçki siyahısında etnik azlıqlara yer verməyib, 29 nəfərdən ibarət siyahıya baxdıqda nə Gürcüstan azərbaycanlısı, nə də erməniyə siyahıda yer verilməyib.

Bu addım partiyanın tərkibindəki etnik azlıqların təmsilçiliyinin olmaması ilə bağlı tənqidlərə yol açır. Gürcüstan cəmiyyətində etnik müxtəliflik mühüm bir yer tutduğundan, siyahıda azlıqların təmsil olunmaması partiyanın inklüzivlik siyasətinə dair suallar yaradır.

Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?