Tarix: 07.05.2024 / 12:18
Qaşqay türkləri Azərbaycana dəstək verdi  - Bu, bizə qarşı təhdiddir

Qaşqay türkləri Azərbaycana dəstək verdi - Bu, bizə qarşı təhdiddir

Qaşqay türkləri Fars əyalətinin İran parlamentindəki təmsilçisi Calal Rəşidi Kuçinin Azərbaycan Respublikası ilə bağlı təhdid çıxışlarına cavab veriblər.

Diaspora.TV Günaz.tv-yə istinadən xəbər verir ki, bu barədə yerli qaşqay mənbələri məlumat yayıb.

Qaşqay fəallar, İran parlamentinin qapısı və divarlarına Azərbaycan türkcəsi və fars dillərində yazılmış xəbərdarlıq vərəqələri yapışdırıblar.

"Cənab Rəşidi Kuçi; Azərbaycan Respublikasına qarşı olan təhlükə bizə, həm də qaşqay türklərinə qarşı təhlükədir. Məntiqsiz bəyanatınızdan əl çəkməyiniz barədə sizə xəbərdarlıq edirik. Səbrimizin həddi var və bundan kənara çıxsanız, peşman olacaqsınız. Yaşasın Azərbaycan!",- deyə vərəqələrdə yazılıb.

Qeyd edək ki, İsrailin Dəməşq şəhərində SEPAH komandirlərinin istifadə etdiyi binaya zərbə endirməsundən sonra, Calal Rəşidi Kuçi Azərbaycan Respublikasına qarşı təhdid dolu ifadələr işlədib.

O, İsrailin Azərbaycandakı diplomatik nümayəndəliyinə hücum etməyi tövsiyə edib.

"Sionist rejimin hücumuna cavab olaraq bu ölkənin qonşu ölkələrdəki diplomatik mərkəzlərindən birinə, konkret olaraq Azərbaycandakı nümayəndəliyinə zərbə endirilsin",- deyə Kuçi təklif etmişdi.


Şərhlər

Yaz...