İranda yaşayan Qaşqay türkləri bir neçə gündür etirazlara başlayıblar. Dünən Qaşqay türkləri Fars əyalətinin valilik binası qarşısında etiraz aksiyalarını davam etdiriblər.
Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.
Etirazçılar, “Qaşqaylı inanma, yalan deyirlər aldanma!”, “Azərbaycan, dəstək, dəstək!” deyə şüarlar da səsləndiriblər.
Qeyd edək ki, Qaşqay türkləri geyim və mədəniyyətlərinin assimilyasiyasına etiraz olaraq aksiya keçiriblər.