Tarix: 11.09.2024 / 13:06
 Qaraçı diasporunda qızılca    narahatçılığı

Qaraçı diasporunda qızılca narahatçılığı

Tatarıstan Respublikası Zelenodolsk vilayətində qızılcaya yoluxmuş on nəfər xəstəxanaya çatdırılıb.

Diaspora.TV xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Xəstəlik qızılca peyvəndi olmayan qaraçı diasporunun nümayəndələri arasında yayılıb.

Səhiyyə Nazirliyi bildirir ki, xəstələrlə təmasda olan 350 nəfər müəyyən edilib ki, onların arasında uşaqlar da var.

Rayon rəhbərliyi Respublika Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birlikdə vəziyyəti nəzarətdə saxlayır.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülür, peyvənd aparılır.

Şərhlər

Yaz...