Tarix: 20 İyul 2024 09:15 | Baxış sayı: 257

Qarabağ savaşı Azərbaycanı ərəblərə daha çox tanıtdırdı

“Diasporla müsahibə”nin növbəti qonağı tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlı Nigar Xəlilova olub.

N.Xəlilova müsahibə zamanı diaspor fəaliyyətindən və eləcə də həkim olmasına baxmayaraq incəsənətə olan marağından söz açıb:

“22 ilə yaxındır Səudiyyə Ərəbistanının Nəçran şəhərinə köçərək öz ixtisasım üzrə (tibb işçisi) fəaliyyətə başlamışam. Səudiyyə Ərəbistanı çox maraqlı ölkədir, azərbaycanlı ailə dostumuz da var. Gəldiyim ilk gündən etibarən Azərbaycanı tanıtmağa çalışıram. Çünki insan harada olmasına baxmayaraq öz vətənini, dilini, dinini, mədəniyyətini unutmamalıdır”.

Diaspor fəalı əlavə edib ki, Azərbaycanın özəl günlərinə əsərlər həsr edib:

“Həmişə burada mənə deyirlər ki, sən çox vətənpərvər xanımsan. Çünki kitablarımda, əsərlərimdə vətənimizin əlamətdar günlərini, eləcə də Qarabağla əlaqədar mövzulara daha çox yer vermişəm”.

“Təklif edərdim ki, diasporumuz birgə fəaliyyət göstərsin. Vətəndən getməklə ölkəmizin bir parçasını özümüzdə daşımış oluruq. Azərbaycanı əvvəl tanımasalar da, II Qarabağ müharibəsindən sonra tanıdılar. Erməni diasporları güclü olmasına baxmayaraq, azərbaycanlılar da öz haqq səsini dünyaya çatdıra bildi”, - deyə N.Xəlilova bildirib.

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır