Tarix: 23.10.2024 / 18:18
Qarabağ ermənilərinə    vətəndaşlıq verilir

Qarabağ ermənilərinə vətəndaşlıq verilir

"Məşğulluğu və dövlət dəstəyi proqramlarına çıxışı təmin etmək üçün Qarabağdan gedən ermənilər Ermənistan vətəndaşlığını almalıdırlar. Amma oktyabrın əvvəlinə olan məlumata görə, Qarabağ ermənilərinin yalnız 3 faizi Ermənistan vətəndaşlığını qəbul edib. Çoxları qorxur ki, bununla onlar geri qayıtmaq hüququnu itirə bilərlər".

Diaspora.TV Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti məlumat yayıb. Bildirilir ki, indiyə kimi Dağlıq Qarabağdan olan 3431 nəfər "Ermənistan vətəndaşı" adını qazanıb, 5409 nəfərsə vətəndaşlıq almaq üçün müvaffiq quruma müraciət edib.

“Hər gün vətəndaşlıq almaq üçün orta hesabla 50-80 müraciət daxil olur. Qanuna görə, proses adətən 90 iş günü çəkir. Lakin Qarabağdan olanlar üçün bu müddət iki aya endirilib”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Şərhlər

Yaz...