"Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə də olacaq".
Diaspora.TV Ermənistan mediasına istinadla xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan deyib.
“Mən başa düşürəm, siz hər bir sözdən yapışıb, bunun üzərində tezislər qura, nəyisə sübut etməyə çalışa bilərsiniz. Amma fakt faktlığında qalır: bəhs etdiyimiz ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə də olacaq”, - deyə o bildirib.